Göygöl rayonunda müəllim vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, rayonun Qızılca kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Rəfi Dilən oğlu Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, hər iki Qarabağ müharibəsinin iştirakçısı olan Rəfi Əliyev səhhətində yaranan problem səbəbindən vəfat edib.












