Göygöl rayonunda dəhşətli hadisə baş verib. İki uşaq göldə çimərkən boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə yerli göldə qeydə alınıb. 2016-cı il təvəllüdlü Yusif Nəsibov və 2017-ci il təvəllüdlü Ramil Həsənov suda batıblar.
FHN xilasediciləri hadisə yerinə cəlb olunub. Onlar hər iki uşağın meyitini sudan çıxarıblar.












