Bond.az White LogoBond.az Black Logo

Güclü külək Mingəçevir və İsmayıllıda ağacları aşırıb

Mingəçevir və İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb, nəqliyyat və piyada hərəkətində çətinliklər yaranıb. Hadisə şahidi danışır.

Aydın Nəbiyev
Müəllif:Aydın Nəbiyev- Senior Editor
|
0

Mingəçevirdə güclü külək irigövdəli ağacların aşmasına səbəb olub. Yağışdan sonra başlayan külək şəhərin Əliağa Vahid küçəsində iki qovaq ağacını kökündən qoparıb.

Hadisə zamanı xəsarət alan olmasa da, piyadaların və avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb. Hadisə şahidi olan sakinlərdən biri vəziyyəti belə təsvir edib: "Eyvanda oturub çay içirdim. Birdən güclü səs eşitdim, işıqlar da söndü. Çölə çıxanda ağacın aşdığını gördüm".

Güclü külək İsmayıllı rayonunda da bir sıra fəsadlara yol açıb. Qəfil başlayan fırtına nəticəsində Heydər Əliyev və Həsən bəy Zərdabi küçələrində irigövdəli ağaclar aşıb. Nəticədə qeyd olunan ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti təxminən iki-üç saat müddətinə məhdudlaşıb.

Qeyd edək ki, aidiyyəti qurumların əməkdaşları dərhal ərazilərə cəlb olunublar. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri işlər aparılır.

Digər Xəbərlər
Bu gün / 10:30
|
392

Qubada narkotacir saxlanıldı

Quba Rayon Polis Şöbəsinin antinarkotik əməliyyatı nəticəsində 6 kiloqram marixuana və 1 kiloqram tiryəklə narkotacir saxlanılıb.

0
Bu gün / 08:31
|
717

Ağcabədidə iki əmioğlu itkin

Ağcabədi rayonunda iki yeniyetmə əmioğlu itkin düşüb. Polis axtarış tədbirlərini davam etdirir.

0
Bu gün / 07:00
|
807

Bakıda 71 yaşlı kişi ağacdan yıxılaraq öldü

Bakının Sabunçu rayonunda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Hadisə Kürdəxanı qəsəbəsində baş verib.

0
Bu gün / 06:02
|
758

Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda Yuxarı Qarabağ su kanalında 26 yaşlı Yevlax sakininin meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.

0
Bu gün / 05:03
|
335

Sumqayıtda ağır qəza: 4 yaralı

Sumqayıtda ağır yol qəzası: Mercedes-Benz ağaca çırpıldı, 4 nəfər xəsarət aldı. Hadisə Koroğlu prospektində baş verib.

0
Dünən / 22:30
|
932

Mərdəkanda dəniz faciəsi: 4 nəfər batdı

Mərdəkanda dənizdə batan dörd nəfərin fotoları - Namiq Əzimov, Elnur Əbdülov, Elmar Əbdülov və Pərviz Məcidov. Dalğıclar üç meyit tapıb, bir nəfərin axtarışı davam edir.

0
Dünən / 21:32
|
331

Rəşad Cəfərov kanalda boğuldu

Kürdəmir rayonunda 43 yaşlı Rəşad Cəfərov su kanalında boğulub. Qardaşı onun üzməyi bacarmadığını və sudan qorxduğunu bildirib.

0
Dünən / 17:31
|
446

Psixiatriya Xəstəxanasında Ölüm: Tural Günəşov

Respublika Psixiatriya Xəstəxanasında 33 yaşlı Tural Günəşovun naməlum şəraitdə ölüm hadisəsi araşdırılır.

0
Dünən / 14:00
|
228

Sabiq hakim Elsun Əhmədova 5 il 6 ay həbs

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədova yeni cinayət işi üzrə 5 il 6 ay həbs cəzası verildi.

0
Dünən / 12:03
|
868

Məmur hoteldə səs salan qonşusu ilə dava etdi

Qubada hoteldə qonşu otaqlar arasında dava: məmur Ceyhun Nəcəfov və Kənan İsmayıllı arasında mübahisə polis müdaxiləsi ilə sona çatdı. Məhkəmə prosesi və apellyasiya.

0
2026-06-19 06:30
|
913

Kafedə dava: dostunu qətlə yetirdi

Gəncədə məhkəmə başa çatdı: dostunu kafedə qətlə yetirən Xudat Məmmədova 11 il həbs cəzası verildi.

0
2026-06-18 21:01
|
356

Ağdamda piyadaları vuran sürücü

Ağdamda VAZ-2106 sürücüsü idarəetməni itirib, yol kənarında olan 4 piyadanı vurub. Yaralılar xəstəxanaya çatdırılıb, araşdırma başlanılıb.

0
...
Güclü külək Mingəçevir və İsmayıllıda ağacları aşırıb | Bond.az