Bond.az White LogoBond.az Black Logo

Keçmiş arvadına 'sürpriz' dedi, evi yandırdı

Abşeronda boşandığı arvadının evini yandıran Qürbət Şahverdiyevin kassasiya şikayəti təmin edilmədi. O, 3 il 8 ay həbs cəzası aldı.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Abşeronda boşandığı həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

İttihama görə, Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə aralarında mənzilə mübahisə yaranıb. O, içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yanılı vəziyyətdə yatağın üzərinə atıb. Alışqanın sönməyəcəyinə əmin olaraq həyətə düşüb. Daha sonra evin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl 'sənə sürpriz edəcəyəm' deyib. Sonra isə sözügedən hadisəni törədib.

Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Digər Xəbərlər
Bu gün / 06:31
|
381

Ermənistanda 3.2 bal zəlzələ, Naxçıvanda hiss olundu

Ermənistanda 3.2 maqnitudalı zəlzələ baş verib, Naxçıvanın Heydərabad qəsəbəsində 3 bala qədər hiss olunub.

0
Bu gün / 06:04
|
334

Bakıda "Qazel" motosikletlə toqquşdu: 1 ölü, 1 yaralı

Bakıda "Qazel" markalı avtomobil motosikletlə toqquşub: 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə Xəzər rayonunda baş verib.

0
Dünən / 18:32
|
208

Masazırda lüks avtomobillə xuliqanlıq edən sürücü həbs edildi

Masazırda lüks avtomobillə xuliqanlıq edən sürücü həbs edildi. Həmzə Mustafayev 15 sutka inzibati həbs cəzası aldı.

0
Dünən / 18:30
|
669

Bakıda sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında ürək çatışmazlığından vəfat etdi. Hadisə Sabunçu rayonunda baş verib.

0
Dünən / 18:02
|
646

Azov dənizində öldürülən azərbaycanlıların cənazələri gətirildi

Azov dənizində PUA hücumunda həlak olan 4 azərbaycanlının cənazələri ölkəyə gətirildi. XİN başsağlığı verib, dəfn mərasimi keçiriləcək.

0
Dünən / 18:01
|
990

Hacıqabulda yanğın söndürüldü

Hacıqabulda açıq ərazidə baş verən yanğın FHN tərəfindən söndürüldü. Hadisə ilə bağlı polis də əraziyə cəlb edildi.

0
Dünən / 17:31
|
520

Bakı Dairəvi Yolunda ağır qəza

Bakı Dairəvi Yolunda BMW-nin beton maneəyə çırpılması nəticəsində ağır qəza baş verib. Yüksək sürət səbəb olub.

0
Dünən / 15:32
|
573

Bakıda obyekt yanır - VİDEO

Bakıda Yasamal rayonunda obyektdə yanğın baş verib. FHN məlumat yayıb.

0
Dünən / 10:31
|
204

Yevlaxda körpə ölü doğulub

Yevlaxda bir qadın ölü körpə doğub. Hadisə iyunun 9-da Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verib.

0
Dünən / 09:31
|
482

"8-ci km" bazarında avtomobil yandı

Bakının 8-ci km bazarında Hyundai Accent markalı avtomobil yanıb. FHN yanğını söndürüb, xəsarət alan yoxdur.

0
Dünən / 07:01
|
873

Bakıda 50 yaşlı qadının meyiti tapıldı

Bakıda Binəqədi rayonunda 50 yaşlı qadının meyiti evində tapılıb. İlkin ehtimala görə, ölüm ürək çatışmazlığından baş verib.

0
Dünən / 06:03
|
359

Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü, qəza nəticəsində ölən var. Cinayət işi başlanıb.

0
...