Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza saat 15:30-da Bakı-Qazax yolunun 179-cu kilometrində qeydə alınıb.
Rəvan Məmmədovun idarə etdiyi "Mercedes Ateco" yük maşını ilə Pərvin Məmmədovun idarə etdiyi "Ford Fusion" minik avtomobili toqquşub.
Qəza nəticəsində "Ford Fusion"un sərnişini Bayram Məmmədov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.












