Bond.az White LogoBond.az Black Logo

Məmur hoteldə səs salan qonşusu ilə dava etdi

Qubada hoteldə qonşu otaqlar arasında dava: məmur Ceyhun Nəcəfov və Kənan İsmayıllı arasında mübahisə polis müdaxiləsi ilə sona çatdı. Məhkəmə prosesi və apellyasiya.

Sevinc İsmayılova
Müəllif:Sevinc İsmayılova- Senior Editor
|
0

Quba rayonunun Qəçrəş yolunda yerləşən "Alma Bağı" hotelində qonaqlar arasında dava düşüb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən ilin qışında hotelin 314 nömrəli otağında 31 yaşlı Kənan İsmayıllı dostu Mahir və iki xanım tanışı ilə birlikdə qonaq olub. 312 nömrəli qonşu otaqda isə Ceyhun Nəcəfov ailə üzvləri ilə istirahət edirmiş. Gecə yarısı Kənan və onunla olan şəxslər otaqda yüksək səslə musiqi dinləyib nalayiq ifadələr işlədiblər.

Ceyhun əvvəlcə bu barədə hotel nəzarətçilərini məlumatlandırıb. Üstündən bir az keçdikdən sonra isə eyni otaqdan yenidən səs-küy gəlib. Bu dəfə Ceyhun 314-cü otağa gedərək qapını təpiklə vurmağa başlayıb. Kənan çölə çıxan kimi isə Ceyhun ona irad bildirib, əlbəyaxa davaya çıxıblar.

Ceyhun Nəcəfovla birlikdə hoteldə olan bacanağı Xəqani Əliyev və digər qohumlarının da mübahisəyə qoşulmasından sonra gərginlik daha da artıb. Tərəflər arasındakı dava yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra dayanıb.

Fotoda Ceyhun Nəcəfov. Baş vermiş hadisə anbaan hotelin təhlükəsizlik kameralarına düşüb, görüntülər təqsirləndirilən şəxs tərəfindən təqdim edilib.

Bu dava ilə bağlı aparılan araşdırma nəticəsində Ceyhun zərərçəkmiş, Kənan isə təqsirləndirilən statusu alıb. İstintaqın bu qərarında əsas isə tibbi ekspertizanın rəyidir. Ekspertin rəyinə görə, dava zamanı 52 yaşlı Ceyhun Nəcəfova dəyən zərbələr daha güclü olub, onun burun sümükləri sınıb. Kənanın bədənində aşkar edilən xəsarətlər isə sağlamlığa zərər vurma əlamətləri yaratmadığından dərəcəsi müəyyən edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Buna əsasən Kənan İsmayıllıya Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham verilib, iş Quba Rayon Məhkəməsinə göndərilib.

Kənan məhkəmədə özünü təqsirli bilmədiyini, əksinə zərərçəkmiş olduğunu deyib: "Ceyhun Nəcəfov və qohumları məni hotelin dəhlizində yerə yıxıb döyüblər. Bədənimin müxtəlif yerlərinə təpik və yumruqla vurublar. Hamısı da videoda açıq-aşkar görünür. Davadan 6 gün sonra tibbi ekspertiza keçirilib, guya onun xəsarəti mənimkindən ağır olub. Halbuki hücuma məruz qalan da, yerə yıxılıb döyülən də mən olmuşam. Amma indi onlar məsuliyyətdən kənarda qalıblar".

Təqsirləndirilən şəxs hakimdən hadisə anının videosuna baxış keçirməsini və bu ziddiyyətli ittihama düzgün hüquqi qiymət verilməsini xahiş edib.

Zərərçəkmiş qismində tanınmış Ceyhun Nəcəfov isə baş verənlərin istintaq materiallarında yazılan kimi olduğunu deyib. Amma təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmayıb.

Məhkəmə hökmündə yalnız təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurması ilə bağlı ittihamı istintaq orqanının səhvi kimi qiymətləndirilib. Hakim Nigar Xəlilova bu epizodu belə izah edib ki, tərəflər arasındakı mübahisə birbaşa Ceyhun Nəcəfovun təşəbbüsü ilə başlayıb. Buna görə də Kənanın ona xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi əsassızdır.

Hökmə əsasən, Kənan İsmayıllı qəsdən sağlamlığa az ağır zərər vurmaqda və ictimai qaydanın pozulması ilə nəticələnən xuliqanlıqda təqsirli bilinib. O, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilsə də, amnistiya aktının tətbiqi ilə cəzanın çəkilməsindən azad olunub.

Kənan İsmayıllı verilmiş cəzanı çəkməkdən azad edilsə də, bu, onun bəraət alması demək deyil. Məhkəmə onu təqsirli bildiyindən məhkumluq statusu qüvvədə qalıb. Məhz buna görə də o, haqqında çıxarılmış hökmün ləğv edilməsi və bəraət alması məqsədilə apellyasiya məhkəməsinə üz tutub.

Kənan apellyasiya şikayətində zərərçəkmiş şəxsin yüksək vəzifəli şəxs olduğunu, bu səbəbdən işə təsir etdiyini yazıb. Onun sözlərinə görə, Ceyhun Nəcəfov nazirliklərdən birində şöbə müdiridir. O, indi işə yenidən baxılmasını, hadisə anının əks olunduğu videonun sübut kimi qəbul edilməsini və hər kəsin qanun qarşısında bərabərliyi nəzərə alınaraq bəraət qərarı çıxarılmasını istəyir.

Kənanın hökmə etirazından sonra Ceyhun Nəcəfov da əvvəlki barışıq mövqeyindən imtina edib. Hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Hələlik yekun qərar açıqlanmayıb.

Digər Xəbərlər
2026-06-19 06:30
|
913

Kafedə dava: dostunu qətlə yetirdi

Gəncədə məhkəmə başa çatdı: dostunu kafedə qətlə yetirən Xudat Məmmədova 11 il həbs cəzası verildi.

0
2026-06-18 21:01
|
356

Ağdamda piyadaları vuran sürücü

Ağdamda VAZ-2106 sürücüsü idarəetməni itirib, yol kənarında olan 4 piyadanı vurub. Yaralılar xəstəxanaya çatdırılıb, araşdırma başlanılıb.

0
2026-06-18 19:31
|
314

Astarada ağır qəza: ölü və yaralılar var

Astara rayonunda VAZ-2107 dərəyə aşıb, sürücü ölüb, üç nəfər yaralanıb. Lənkəran xəstəxanasına yerləşdirilən yaralılar arasında vəziyyəti ağır olan var.

0
2026-06-18 16:04
|
528

Göz qapağı zəncirbəndə ilişdi, FHN kömək etdi

FHN Sabunçuda göz qapağı zəncirbəndə ilişən şəxsə yardım edib. Video izlə.

0
2026-06-18 16:03
|
265

Cəlilabadda montyoru cərəyan vurdu

Cəlilabadda montyoru cərəyan vuraraq öldürdü. Hadisə Mirzəli kəndində baş verib.

0
2026-06-18 15:00
|
949

Tur paketi dələduzluğu: qadın qaçdı

Tur paketi dələduzluğu ilə bağlı şübhəli qadın ölkədən qaçdı. Xətai RPİ-də cinayət işi başlanıb.

0
2026-06-18 12:00
|
378

Çoban 700 min manat yeyinti: Nahid həbs edildi

Saatlıda çoban Nahid Təhməzov fermerin 2000-dən çox heyvanını sataraq 700 min manat mənimsəməkdə ittiham olunur, 14 ilə qədər həbs riski var.

0
2026-06-18 08:31
|
794

Yevlaxda DƏHŞƏT: atasının evində güllələnmiş meyit tapıldı

Yevlaxda Əkşəm kəndində 64 yaşlı kişinin atasının evində güllələnmiş meyiti tapıldı. Faktla bağlı araşdırma aparılır.

0
2026-06-18 08:01
|
540

Arvadına mesaj yazana qohumları ilə döydü

Bakıda arvadına Instagram mesajı yazana qohumları ilə döyən şəxslər məhkəmədə şərti cəza aldı. Təfərrüatlar məqalədə.

0
2026-06-17 17:01
|
211

Vəkil Fərhad Mehdiyev qızının ölümündən danışdı

Tanınmış vəkil Fərhad Mehdiyev qızının faciəli ölümü ilə bağlı danışdı. Bakı-Sumqayıt yolunda motosiklet qəzası təfərrüatları.

0
2026-06-17 09:01
|
733

Bakıda qadınla dalaşan kişi məlum oldu

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - R.Zeynalov və qadın polis tərəfindən müəyyən edilib.

0
2026-06-17 07:32
|
615

Piyada qəzaları: Diqqətsizlik faciəyə səbəb olur

BDYPİ piyada qəzaları ilə bağlı xəbərdarlıq edib. Diqqətsizlik faciəyə səbəb ola bilər.

0
...