Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ildırım çaxması nəticəsində ot tayasında yanğın baş verib.
Hadisə Nəzərabad kəndində qeydə alınıb. İldırım fərdi evin həyətindəki ot tayasına düşüb.
Xəbər alınan kimi FHN yanğınsöndürənləri əraziyə çatıb. Yanğın söndürülüb, ətraf ərazilərə keçməyib.
Elektrik və rabitə xidmətlərində qısamüddətli fasilə yaranıb. Hazırda bərpa edilib.












