Oğuzda minik avtomobili ağaca çırpılıb, biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə səhər saat 6 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Kərimli kəndi ərazisində baş verib.
35 yaşlı Fərhad Rzalı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və 3 sərnişin - 1961-ci il təvəllüdlü Şamama Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Rzalı, 2020-ci il təvəllüdlü T.Rzalı xəsarət alıb.
Yaralılar Oğuz RMX-nin Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.












