Oğuz rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonu, Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və 1981-ci il təvəllüdlü sərnişin Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.












