Bakıda "Opel" markalı avtomobil yanıb. FHN-in məlumatına görə, hadisə Nərimanov rayonu, Qarabağ küçəsində baş verib.
Dərhal əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub. Alov mühərrik hissəsində başlayıb.
Yanğınsöndürənlər yanğını genişlənməsinə imkan vermədən söndürüblər. Nəticədə mühərrik hissəsi yanıb.
Yüksək temperatur yaxınlıqdakı "Mercedes" markalı avtomobilin bamperinə zərər verib. Xəsarət alan olmayıb. Avtomobillərin digər hissələri qorunub.












