Kürdəmirin Şüşün kənd sakini, 43 yaşlı Rəşad Cəfərov kənddən keçən su kanalına yıxılaraq həyatını itirib.
Hadisənin şahidi Baku TV-yə bildirib: "Telefonun işığı ilə ətrafa baxarkən su kənarında ayaqqabı gördüm. Uşaqlar Rəşadın orada olmadığını dedi. Onu sudan çıxardıq, süni nəfəs verməyə çalışdıq, lakin həyat əlaməti yox idi."
Mərhumun qardaşı deyib: "Rəşad uşaqlıqdan sudan qorxurdu, üzməyi bacarmırdı. Yorğun olub müvazinətini itirərək kanala yıxılıb. Hadisə zamanı tək imiş. İki oğlu var, böyüyü hərbi xidmətdə, kiçiyi 9-cu sinifdə oxuyur. Fəhləlik edərək ailəsini dolandırırdı."
Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.












