Rüşvət almaqda ittiham edilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədova yeni cinayət işi üzrə hökm oxunub.
APA-ya istinadən verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə sabiq hakim 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar dələduzluq) ilə günahlandırılıb.
Xatırladaq ki, sabiq hakim daha əvvəl rüşvət alma ittihamı ilə 5 il həbs cəzası almışdı. Həmin iş üzrə o, Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə mühakimə olunmuşdu.












