Şabran rayonunda 52 yaşlı kişinin meyiti göldə aşkar edilib.
APA-ya istinadən xəbər verilir ki, hadisə Hacıqaraqaşlı kəndində baş verib.
İtkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin cəsədi üzərində zorakılıq izləri olmayıb.
Faktla bağlı araşdırma davam edir.












