Salyan rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisində baş verib.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












