Şamaxıda intensiv yağışlar Qonaqkənd yolunda torpaq sürüşməsinə səbəb olub. Asfalt örtüyü dağılıb, yolun bir hissəsi uçub.
Sürücülər alternativ təhlükəli yollardan istifadə etmək məcburiyyətində qalıb. Sakinlər günbəgün vəziyyətin pisləşdiyini deyir.
AAYDA bildirib ki, əraziyə baxış keçirilib, qüsur aktı tərtib olunub. Yolun tam bərpası üçün vəsait gözlənilir.












