Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən yol hərəkəti qaydalarını pozan "Ford" markalı avtomobilin sürücüsü E.Həsənov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Yoxlama zamanı etibarnaməsiz avtomobil idarə edən şəxs şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinə nəticəsində sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunub.
E.Həsənov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.












