Şəki rayonunun Baş Zəyzid kəndində güclü sel fəlakəti yaşanıb.
Oxu.Az-ın məlumatına görə, dağlıq ərazidən gələn sel suları kənddən keçərək iki körpünü dağıdıb.
Kənd sakinləri bildirir ki, dağılan körpülər əhalinin gediş-gəlişi üçün həyati əhəmiyyət daşıyır.












