Şəkidə güclü leysan yağışları bir sıra fəsadlara səbəb olub.
Oxu.Az-ın məlumatına görə, Baş Göynük və Baş Şabalıd kəndləri arasındakı çaya sel gəlib. Nəticədə yol su altında qalıb və bağlanıb.
Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib. Cunud kəndi də təcrid olunub.
Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən körpü dağılmaq təhlükəsi ilə üz-üzədir.
Hava şəraiti qeyri-sabit qalır.












