Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 7-də gecə saatlarında baş verib.
1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ehtiram Cavanşir oğlu Cavanşirli idarə etdiyi "Toyota Prius" avtomobili ilə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində hərəkətdə olarkən piyada 1969-cu il təvəllüdlü Arif Hüseynqulu oğlu Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.












