Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində qonşu iti iki nəfərə hücum edib.
Hadisə giriş qapısının açıq qalması səbəbindən baş verib. İt əvvəlcə həyətə daxil olaraq ev sahibinin həyat yoldaşına hücum edib.
Eldar Hüseynov müdaxilə zamanı it tərəfindən hücuma məruz qalıb və qolundan xəsarət alıb.
Zərərçəkən it sahibi ilə əlaqə saxlaya bilmədiklərini bildirib.












