Tovuzda uşaq bağçasının müdiri iş otağında keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Dönük Qırıqlı kəndindəki uşaq bağçasında qeydə alınıb.
50 yaşlı Elçin Səfərov bağçaya gələrək müdir olan keçmiş həyat yoldaşı Şəfiqə ilə mübahisə edib. Mübahisə zamanı onu boğub, kürəyinə bıçaqla bir neçə dəfə vurub.
Elçin Səfərov polis tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunub. Məhkəmə qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.












