Rusiya-Ukrayna müharibəsində itkin düşən azərbaycanlının nəşi tapılıb. APA-nın məlumatına görə, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qəhrəmanov Rusiya ordusunda döyüşüb və həlak olub.
O, bir müddət əvvəl itkin düşmüş hesab edilirdi. Lakin sonradan nəşi aşkar edilib.
Vaqif Qəhrəmanov Dağıstanın Xasavyurt şəhərində yaşayıb. Ailəli olub və 5 övladı var.
Onun nəşinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi gözlənilir.












