Ağdərə rayonunun Suqovuşan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Rayon sakini, Vətən müharibəsi qazisi Sadiq Abbaslı bıçaqlanıb. Hadisəni onun həmyerlisi törədib.
Mübahisə nəticəsində baş verən hadisədə qazi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərilib.
Hüquq-mühafizə orqanları araşdırma aparır. Təfərrüatlar araşdırmadan sonra açıqlanacaq.












