Fövqəladə Hallar Nazirliyinin '112' qaynar telefon xəttinə Bakının Yasamal rayonunda bir uşağın mənzildə bağlı qapı arxasında köməksiz qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, FHN bu barədə məlumat yayıb.
Məlumata əsasən, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırışa cəlb olunub.
Xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaq xilas edilib.












