Yevlax rayonunda qadın ölü döl doğub.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 9-da saat bir radələrində baş verib. Rayonun Kövər kənd sakini, 2006-cı il təvəllüdlü Səkinə Cəfərova hamiləliyi ilə əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. Doğuş zamanı dölün ana bətnində öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.












