Zaqatalanın Yuxarı Çardaxlar kəndində iki nəfər ilan sancması nəticəsində bir nəfər həyatını itirib.
İyunun 10-da 49 yaşlı Murad Qurbanov ailəsinə məxsus əkin sahəsində işləyərkən ilan tərəfindən sancılıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq, Murad Qurbanov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Eyni kənddə daha bir hadisə baş verib. 34 yaşlı İsmayıl Lələyev evinin həyətində ilan tərəfindən sağ ayaq pəncəsindən sancılıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyəti nəzərə alınaraq Bakıya göndəriləcək.












