Londonun "Çelsi" klubu, "Real Madrid"in keçmiş ulduzu Xabi Alonso ilə görüşüb. Fabritsio Romano xəbər verir ki, danışıqlar davam edir.
Yeni baş məşqçi təyinatı ilə bağlı qərar yaxın zamanda açıqlanacaq. Klub, Dünya Çempionatı öncəsi mütəxəssisin adını elan etməyi planlaşdırır.
Alonsodan başqa, Andoni İraola, Oliver Qlasner və Marko Silva da namizədlər siyahısındadır.
Xabi Alonso, 2025-2026-cı illərdə "Real Madrid"i çalışdırıb, 28 oyunda 20 qələbə qazanıb.











