ABŞ Federal Aviasiya İdarəsi (FAA) futbol üzrə dünya çempionatı matçları zamanı stadionların üzərində uçuşları qadağan edib.
Qadağa stadionların ətrafında üç dəniz mili radiusunda və üç min fut hündürlükdə tətbiq olunacaq. Dronlar da daxil olmaqla bütün hava nəqliyyat vasitələrinə icazə verilməyəcək.
Siyahıda Los-Anceles, Sietl və Atlanta kimi şəhərlərdəki stadionlar yer alıb. Bu tədbirlər iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.












