Almaniya Futbol İttifaqının (DFB) mənzil-qərargahında və ölkənin bir neçə şəhər administrasiyasında axtarışlar aparılır.
Bild qəzetinin məlumatına görə, əməliyyatlar AÇ-2024 zamanı ehtimal edilən rüşvət halları ilə bağlıdır.
İstintaq xüsusilə 66 yaşlı alman və 46 yaşlı fransız vətəndaşına yönəlib.
Minlərlə matç bileti və dəvətnamənin qanunsuz yolla verildiyi bildirilir. Bu, "imtiyazların sistemli təqdim edilməsi" kimi qiymətləndirilir.
Axtarışlar Berlin, Hamburq, Helzenkirhen, Dortmund, Düsseldorf, Köln, Münhen, Frankfurt, Ştutqartda, həmçinin Şimali Reyn-Vestfaliya və Bavariyada üç şirkətin ofisində aparılıb.












