Məşhur italyan mütəxəssis Massimiliano Alleqri "Napoli"nin yeni baş məşqçisi təyin edilib.
Jurnalist Fabritsio Romano "X" səhifəsində bildirib ki, 58 yaşlı mütəxəssis Neapol klubunun bütün şərtlərini qəbul edib. Müqavilə yaxın zamanda imzalanacaq.
Alleqri son mövsümdə "Milan"a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 70 xalla 5-ci yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
"Napoli" isə Antonio Kontenin rəhbərliyi altında 76 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.












