Almaniya yığmasının ulduz futbolçusu Yoşua Kimmix, ABŞ-dakı məşq düşərgəsi yaxınlığında zəhərli ilan gördüklərini açıqlayıb.
Hadisə Şimali Karolina ştatının Uinston-Seylem şəhərində baş verib. Kimmix komanda yoldaşları ilə birlikdə ilanı görüb və onların xəbərdar edildiyini bildirib.
"Dünən bir ilan gördük. Onun zəhərli olduğunu dedilər. Dişləsə, dərhal xəstəxanaya getməliyik. Sanki o ilanlardan birinin üstünə bassaq, nəticələr çox ağır ola bilər. Yerli heyvanlardan uzaq dururuq. Almaniyada bu qədər təhlükəli heyvan yoxdur" deyə Kimmix vurğulayıb.
Almaniya yığması 2026 DÇ-də ilk oyunda Kurasao 7:1 məğlub edib. Növbəti oyunlar Kot-d'İvuar və Ekvadorla olacaq.












