Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsinin üçüncü oyunu keçirilib.
ABŞ-nin Foksboro şəhərində baş tutan qarşılaşmada Almaniya və Paraqvay milliləri üz-üzə gəlib.
Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Paraqvay 42-ci dəqiqədə Julio Enciso ilə önə keçib, Almaniya isə 54-cü dəqiqədə Kai Havertz ilə bərabərliyi yaxalayıb.
Penalti seriyasında daha dəqiq olan Paraqvay qalib gələrək Almaniyanı mundialdan kənarlaşdırıb.
Qeyd edək ki, Paraqvay 1/8 finalda Fransa-İsveç cütünün qalibi ilə qarşılaşacaq.












