Paraqvay Prezidenti Santyaqo Penya, milli komandanın DÇ-2026-nın 1/8 finalına yüksəlməsi münasibətilə iyunun 30-nu bayram günü elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında məlumat verib.
Xatırladaq ki, 1/16 finalda Paraqvay yığması gözlənilmədən güclü Almaniya seçməsini məğlub edib. Qarşılaşmanın əsas və əlavə vaxtında 1:1 hesablı bərabərlik qeydə alınıb.
Penaltilər seriyasında isə cənubi amerikalılar daha dəqiq olublar - 4:3.
"Paraqvay heç vaxt təslim olmur. Bu gün bayramdır!" - deyə Penya bildirib.
1/8 final mərhələsində Paraqvayın rəqibi Fransa - İsveç görüşünün qalibi olacaq.












