"Santos"un hücumçusu Neymar, Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin 2026-cı il dünya çempionatı üçün açıqladığı ilkin heyətə daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçudur - onun aktivində 79 qol var. O, milli komandada 2010-cu ildən çıxış edir.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Ançelottinin rəhbərliyi altında Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.












