"Araz-Naxçıvan" mərkəz müdafiəçisi İssouf Paro ilə müqaviləni uzadıb. Son iki mövsüm komandada çıxış edən futbolçu 2026-2027 mövsümünədək "qırmızı-ağlar"ın formasını geyinəcək.
Klub bundan əvvəl daha on futbolçu ilə yeni sözləşmə imzalayıb: Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiç.












