Araz-Naxçıvan klubu Ülvi İsgəndərovla müqaviləni yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu yeni mövsümdə də qırmızı-ağ formanı geyinəcək. O, 2024/2025 mövsümündən komandaya qoşulub və yeni anlaşma 1 illikdir.
Qeyd edək ki, klub bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqavilə yeniləyib.












