İngiltərə Premyer Liqasının 37-ci turunda "Arsenal" evdə "Börnli"ni qəbul edib.
"Emireyts" stadionunda keçirilən görüş "topçular"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçın 37-ci dəqiqəsində alman hücumçu Kay Havertsin vurduğu qol "Arsenal"ın rəqibini məğlub etməsi üçün kifayət edib.
Bu nəticə sayəsində London təmsilçisi xal ehtiyatını 82-yə yüksəldərək turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bir oyun az keçirmiş "Mançester Siti" isə 77 xalla ikinci yerdədir.












