Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.
Fidan Əlizadə (63 kq) gümüş, Madina Kaisinova (+78 kq) isə bürünc medal qazanıb.
Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.












