Azərbaycanın qadın 3x3 basketbol yığması Dünya Kubokunda uğur qazanıb.
Komanda Polşanın Varşava şəhərində keçirilən turnirdə 1/4 finala çıxıb.
Pley-in mərhələsində Litva ilqarşılaşan komandamız əlavə vaxtda 14:12 hesabı ilə qalib gəlib.
Qrup mərhələsində Madaqaskar, Çexiya və Polşanı məğlub edən millimiz Niderlanda uduzub.
İyunun 6-da keçiriləcək 1/4 finalda rəqib Almaniya olacaq.












