Çinin Sindao şəhərində təşkil olunan cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisi uğurla çıxış edib.
90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə Qırğızıstan idmançısı Erjan Kanatbekovu məğlub edib.
Beləliklə, Azərbaycan yığması turniri bir qızıl və üç bürünc medalla tamamlayıb. Bundan əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.
57 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.












