Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa açıq turniri başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, son yarış günündə Əjdər Bağırov (100 kq) gümüş medal qazanıb.
İlk gün Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medalçı olub.
Ümumilikdə Azərbaycan 1 qızıl, 2 gümüş, 1 bürünc olmaqla 4 medalla turniri başa vurub. Komanda sıralamasında 38 ölkə arasında 6-cı yeri tutub, kişilərdə Fransa ilə 2-3-cü pillələri bölüşüb.












