Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Azərbaycan millisi ilk medalını qazanıb.
Yarışın ilk günündə tatamiyə çıxan Əhməd Yusifov (-60 kq) bürünc mükafata sahib olub.
O, üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Qran-Prinin ikinci yarış günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulacaq.












