Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün üçüncü oyununa çıxır.
Millimiz Fransa yığması ilə qarşılaşacaq. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.
F qrupunda mübarizə aparan Azərbaycan millisi ilk turda Avstriya yığmasını 1:0, növbəti oyunda isə İtaliyanı 3:0 hesabı ilə məğlub edib. Bununla da komanda pley-off mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan millisi hazırda qrupda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Avstriya isə hər iki görüşdə uduzaraq dördüncü sıradadır.












