Bond.az White LogoBond.az Black Logo

Azərbaycan gimnastları Avropa çempionatında 11-ci

Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçirilən Avropa çempionatında 11-ci yeri tutub. Komanda hesabında 15-ci, fərdi yarışlarda isə 32-ci olublar.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Mayın 27-dən 31-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 42-ci Avropa çempionatı keçirilir.

Yeni formalaşmış qrup hərəkətləri üzrə Azərbaycan komandası mayın 30-da böyüklər kateqoriyasında debüt etdiyi Avropa çempionatında finala vəsiqə qazana bilməsə də, 26 komanda arasında çoxnövçülük üzrə 46.650 xal toplayaraq 11-ci yeri tutub.

Komandamız beş topla proqramda 24.100 xalla 11-ci, üç halqa və iki cüt gürz ilə proqramda isə 22.550 xalla 15-ci yerdə qərarlaşıb.

Böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri üzrə nəticələrin cəminə əsasən komanda hesabında Azərbaycan yığması 239.350 xalla 15-ci yeri tutub. Komanda hesabındakı nəticəyə töhfə verən fərdi gimnastlarımız Fidan Qurbanlı, Gövhər İbrahimova və Kamilla Seyidzadə olub.

Fərdi çoxnövçülük yarışlarında isə Fidan Qurbanlı 74.850 xal toplayaraq 32-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda ölkəmizi fərdi proqramda gənclər arasında Azadə Atakişiyeva və Nuray Muradlı, böyüklər arasında isə Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, həmçinin qrup hərəkətləri komandamız təmsil edib.

Gənclər arasında Azadə Atakişiyeva halqa ilə proqramda 22.450 xalla 19-cu yerə layiq görülüb.

Digər Xəbərlər
2026-06-19 12:30
|
866

Valdas Dambrauskas: Artıq hamı futbolu yaxşı oynayır

Sabah klubunun baş məşqçisi Valdas Dambrauskas TNS ilə oyuna hazırlıq və futbolun müasir səviyyəsi haqqında danışır.

0
2026-06-19 12:00
|
201

Latsionun sabiq bombardiri xərçəngə məğlub oldu

Latsionun sabiq bombardiri İqor Protti bağırsaq xərçənginə məğlub olaraq 58 yaşında vəfat edib.

0
2026-06-19 11:01
|
520

"Qarabağ" qapıçısı "Farense" ilə anlaşdı

"Qarabağ"ın qapıçısı Fabiyan Buntiç Portuqaliyanın "Farense" klubu ilə anlaşaraq komandadan ayrılıb.

0
2026-06-19 10:00
|
417

İran yığması FIFA-ya şikayət edəcək

İran Futbol Federasiyası, Los-Ancelesdəki səyahət məhdudiyyətləri səbəbindən FIFA-ya şikayət edir.

0
2026-06-19 06:31
|
782

Messi atasını öldürən teleaparıcı işdən çıxdı

Argentinalı teleaparıcı Lionel Messinin atasının ölümü xəbərini yalan çıxdıqdan sonra üzr istəyib və kanalı tərk edib.

0
2026-06-19 06:00
|
954

DÇ-2026: Məşqçilərin mübahisəsi kütləvi davaya çevrildi

DÇ-2026-da Kanada və Qətər arasında matç məşqçilərin mübahisəsi ilə kütləvi davaya çevrildi. Detallar Bond.az-da.

0
2026-06-19 05:00
|
418

Dünya çempionatı: Türkiyə, Braziliya, ABŞ meydanda

Dünya çempionatında ikinci tur: Türkiyə, Braziliya, ABŞ oynayır. Oyun cədvəli və detallar Bond.az-da.

0
2026-06-19 04:31
|
200

DÇ-2026-da pley-offa çıxan ilk komanda

Meksika millisi Cənubi Koreyanı 1:0 məğlub edərək DÇ-2026-da pley-offa yüksələn ilk komanda oldu.

0
2026-06-19 04:01
|
903

Messi atası ilə bağlı şayiələrə cavab

Lionel Messinin atası Xorxe Messinin səhhəti ilə bağlı şayiələrə ailə rəsmi açıqlama verdi. Vəziyyəti stabildir.

0
2026-06-19 00:30
|
880

Kanada Qətəri 6:0 məğlub etdi

Kanada DÇ-2026 seçmə mərhələsində Qətəri 6:0 hesabı ilə məğlub edib. Conatan Devid het-trik edib.

0
2026-06-18 23:02
|
429

Azərbaycanın ən bahalı futbolçusu Leandro Andrade

Leandro Andrade 3.5 milyon avro ilə Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu seçildi. Siyahıda Timoteuş Puxaç, Mateuş Koxalski və Elvin Cəfərquliyev də yer alır.

0
2026-06-18 22:30
|
665

Oyun forması jesti dünya çempionatında

Özbəkistanlı futbolçu Abdukodir Xusanov dünya çempionatında teleoperatora oyun formasını hədiyyə edərək üzrxahlıq etdi.

0
...
Azərbaycan gimnastları Avropa çempionatında 11-ci | Bond.az