Dünya Güləş Birliyi (UWW) böyüklər arasında dünya çempionatına hakim təyinatlarını açıqlayıb.
Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək mundialda 46 ölkədən 71 hakim ədaləti qoruyacaq.
Azərbaycandan I-S dərəcəli hakimlər Asif Şirəliyev və Sədi Quliyev bu nüfuzlu yarışda ölkəmizi təmsil edəcək.












