Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün ikinci oyununa çıxır.
Millimiz İtaliya yığması ilə qarşılaşacaq.
"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
F qrupunda mübarizə aparan Azərbaycan millisi ilk turda Avstriya yığmasını 1:0 hesabı ilə məğlub edib. Hazırda 3 xalla qrupda lider olan millimiz son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.












