Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib.
Milli Gimnastika Arenasında baş tutacaq turnir çərçivəsində ümumilikdə 13 döyüş keçiriləcək.
İlkin döyüşlər saat 17:00, əsas qarşılaşmalar isə 20:00-dan başlayacaq.
Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Digər azərbaycanlı döyüşçülər: Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev isə braziliyalı Ceferson Nasimento ilə üz-üzə gələcək.












