DÇ-2026-nın 1/16 finalında Braziliya Yaponiyanı 2:1 məğlub etdi.
Hyustonda keçən matçda hesabı Yaponiya açdı: Kaisyu Sano 29-cu dəqiqədə fərqləndi.
Braziliya Kazemironun 56-cı dəqiqədəki qolu ilə bərabərliyi yaxaladı.
Qələbə qolunu 90+6-cı dəqiqədə Martinelli vurdu.
Braziliya növbəti mərhələdə Kot-d'İvuar - Norveç cütünün qalibi ilə oynayacaq.












