Oxu.Az-ın "TOP-al" podkastının növbəti buraxılışında UEFA Çempionlar Liqasının finalı ətrafında ən çox müzakirə olunan məqamlara toxunulub.
Podkastda Budapeştdə, "Puşkaş Arena"da baş tutacaq PSJ ilə "Arsenal" arasındakı həlledici qarşılaşma fərqli rakurslardan analiz edilib. London təmsilçisinin illərdir arzuladığı kuboka yaxınlığı, PSJ-nin Luis Enrikenin rəhbərliyi altında qurduğu layihənin Avropadakı səviyyəsi müzakirə olunub.
Podkast zamanı komandaların psixoloji durumu, final təzyiqi, lider futbolçuların rolu və məşqçilərin oyun planı ətrafında maraqlı fikirlər səsləndirilib. Həmçinin, Çempionlar Liqasının son illərdə dəyişimi və müasir futbolda sistemin fərdi ustalığı üstələməsi debat edilib.
Buraxılış futbolsevərlər üçün finalöncəsi geniş analiz və fərqli baxışlarla zəngin müzakirə vəd edir.












