Bond.az White LogoBond.az Black Logo

Çarlz Conson: Bakı çox təmizdir

Çarlz Conson Bakıda təmizlik və səliqəni vurğuladı, UFC döyüşü öncəsi fikirlərini bölüşdü.

Qədir Seyidov
Müəllif:Qədir Seyidov- Senior Editor
|
0

Mən Qazaxıstanlı döyüşçülərə hörmət edirəm.

Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da qazaxıstanlı döyüşçü Asu Almabayevlə qarşılaşacaq ABŞ-dən olan Çarlz Conson deyib.

O bildirib ki, Asu çox gözəl döyüşçüdür: "O, dünyanın hər yerində tanınır. Qazaxıstanlı döyüşçülərə rəğbətim var. Qazaxıstandan olan idmançılarla çox qarşılaşmışam, amma bu döyüş, xüsusilə, fərqli olacaq. Mənim peşəkar boksla məşğul olmağım UFC döyüşlərində mənə çox da kömək olmur. Nəzərə almaq lazımdır ki, mənim boksla bağlı fəaliyyətim 21 yaşımda, yəni keçmişdə olub. Əslinə qalsa, mən təkcə boksla deyil, Tailandda muay-tayla da məşğul olmuşam. Buna görə də rəqibləri nokaut etməyə hazıram."

"Azərbaycanda olduğum müddətcə yeməklərinizin dadına baxa bilməmişəm. Çünki döyüşə hazırlaşıram və xüsusi yeməklər yeyirəm. Amma döyüşdən sonra çalışacağam ki, nəsə tapıb yeyim. İnsanlarınız çox gözəl və baxımlıdırlar. Bakıda hər yer çox səliqəli və təmizdir", - deyə Ç.Conson qeyd edib.

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.

Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...